David Luis “Barselona”ya keçəcək
“Barselona”ya keçəcək namizədlərdən birinin adı artıq bəlli olub.

İdman.com.az saytı Agencia News saytına istinadən məlumat verir ki, namizədliyə yaxın “Çelsi”nin müdafiəçisi David Luisdir.
27 yaşlı futbolçunun artıq kataloniyalıların nümayəndələri ilə görüşdüyü və şəxsi müqaviləsinin şərtlərini müzakirə edildiyi də bildirilib.

Qeyd edək ki, braziliyalı müdafiəçi İngiltərə premyer-liqasının cari mövsümündə 19 oyun keçirib və 1 məhsuldar ötürmə ilə fərqlənib. “Barselona” David Luisin keçidini İspaniya çempionatı yekunlaşandan sonra elan edəcək.

Xəbər 789 dəfə oxundu.