Lerikdə rayon yarışı keçirilib
Aprelin 28-də Lerik Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Sərhəd” hərbi-idman oyununun rayon yarışı keçirilib.

“N” saylı hərbi hissədə 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi, çağırışaqədərki və çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, qaliblərin aşkar edilməsi olub.

Sonda qaliblər müəyyənləşib və mükafatlandırılıb.

Xəbər 816 dəfə oxundu.