Dünya çempionu məlum oldu
Snuker üzrə dünya çempionatı başa çatıb. 17 gün davam edən marafonu Markus Selbi qazanıb. Yarımfinalda gərgin oyunda Neyl Robertsonu məğlub edən Selbinin rəqibi 5 qat dünya çempionu Ronni O`Sallivan olub. 11 saatdan artıq davam edən qarşılaşmada 32 freym oynanılıb.

Görüşün ilk günündə böyük üstünlüyə sahib çıxsa da O`Sallivanın qələbə qazana bilməyib. Markus Selbi qarşılaşmanı 18-14 hesablı qələbə ilə başa çatdırıb. Bu Selbinin karyerasında ilk dünya çempionluğudur. O , həmçinin dünya reytinq cədvəlində ilk pilləni də zəbt edib.
1-ci sessiya: 77-0 (69), 64-26, 102-0 (102), 28-69, 47-68, 80-8 (63), 36-72, 66-54.

2-ci sessiya: 99-24, 70-47 (52), 67-27 (63), 25-82 (55), 45-96, 131-0 (131), 85-0 (85), 10-84 (58), 9-78 (62).

3-cü sessiya: 35-81 (55), 23-77 (52), 7-84 (74), 29-89, 76-38 (50), 67-70.

4-cü sessiya: 100-0 (100), 24-67, 39-64, 4-90 (56), 79-0, 66-47, 0-131 (127), 14-87 (87), 56-62..

Qeyd edək ki, turnirin qalibi 300 min pul mükafatına sahib çıxıb. Finalçı ondan 175 min az qazanıb.Turnir İngiltərəni Şeffild şəhərində baş tutub.

Xəbər 683 dəfə oxundu.