"Sumqayıt"ın rekord seriyası qırıldı
“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sonuncu dəfə 27-ci turun “Qarabağ”la martın 23-dəki oyununda 0:3 hesabı ilə uduzan Aqil Məmmədovun komandası 33-cü turda “İnter”dən xal ala bilməyib – 0:2.

Mayın 2-də 40 günlük seriyası başa çatan Sumqayıt təmsilçisi bu müddətdə 2 qələbə qazanıb və 3 heç-heçə etmiş, seriya zamanı 9 qol vurub , 5-ni buraxmışdı.

Qırılan bu seriya “Sumqayıt”ın tarixində rekord göstəricidir. Belə ki, Premyer Liqada 3-cü mövsümünü keçirən komanda indiyədək ən yaxşı halda ardıcıl 3 matçda xal əldə etmişdi. Həmin seriya 2012/13 mövsümünün əvvəlində qeydə alınmışdı.

Xəbər 764 dəfə oxundu.