Millimizin heyətində dəyişiklik edildi
Mayın 6-dan 10-a qədər Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, zədəli olduğu üçün Ruslan Muradov ("Simurq") heyətdən çıxarılıb.

Onun əvəzinə toplanışa "Qəbələ" klubundan Yusif Nəbiyev dəvət olunub.

Xəbər 711 dəfə oxundu.