Salyanda cüdo üzrə turnir keçirilib
Mayın 4-də Salyan OİK-də Ümummilli lider H.Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr edilmiş cüdo üzrə uşaq və yeniyetmələr arasında turnir keçirilib.

Turnirin keçirilməsində məqsəd Ümummilli liderin xatirəsini əbədiləşdirmək, cüdo döyüş idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları müəyyən etmək və yeniyetmələrdə vətənpərvərlik ruhunu aşılamaqdan ibarət olub. Yarışda 7 rayon və şəhərindən (Bakı, Şirvan, Lənkəran, Salyan, Biləsuvar, Fizuli və İmişli ) 150 nəfərə yaxın idmançı, 2 yaş qrupunda 1998-2000 və 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilib.

Yekun nəticələrə görə, birinci yerə Salyan, ikinciyə Şirvan, üçüncüyə Biləsuvar rayon komandası layiq görülüb.

Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Xəbər 1113 dəfə oxundu.