Uşaq-Yeniyetmə Basketbol Liqasının birinci dövrəsinə yekun vurulub

Noyabr ayının 12-dən 17-nə kimi Heydər Əliyev adına İdman Konsert Kompleksində üç yaş qrupunda (1994-1995, 1997-1996, 1998-1999) yeniyetmə oğlanlar arasında keçirilən Uşaq-Yeniyetmə Basketbol Liqasının VII çemionatının birinci dövrənin oyunları başa çatıb. Yekun nəticələrə görə U-14-də “Təhsil” RİOEUGİM (15 xal), “Makkabi” (11 xal), Xətai rayon UGİM-in komandaları ilk üçlükdə qərarlaşıblar. U-16-da Sabunçu rayon UGİM (9 xal), Səbayıl rayon UGİM (9 xal) və “Təhsil” RİOEUGİM-in (9 xal) basketbolçuları fərqləniblər.
U-18-də hələlik I və II yerin sahibi müəyyənləşib - “Təhsil” RİOEUGİM I, "Renat" BK II yeri tutub.
U-18 yaş qrupunda mübarizə aparan komandaların yerləri təxirə salınan Makkabi - Səbail oyunundan sonra bilinəcək.

Xəbər 1324 dəfə oxundu.