Sərvət Tazegül Avropa çempionu oldu
Avropa Taekvando Çempionatında Türkiyənin milli idmançısı Sərvət Tazegül birinci olub.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxtımızda Sərhədçi İdman Mərkəzində təşkil olunan yarışda 47 ölkədən 363 idmançı iştirak edib. Təşkil edilən turnirin dördüncü günündə kişilərdə 68 və 74, qadınlarda isə 53 və 67 kq çəki dərəcəsində idmançılar mübarizə aparıblar.
      
68 kq çəki dərəcəsində türkiyəli idmançı Sərvət Tazegül ilk matçında bolqarlı Vladimir Dalaklievi 8-7, ikinci qarşılaşmada ispaniyalı rəqibi Daniel Quesada Barrerayı 8-7 hesabla məğlub edərək, yarı finala çıxıb. İdmançının moldovalı rəqibi Vladislav Arventii ilə çıxdığı yarı final matçında 21-23 hesabla geridə olmasına baxmayaraq, rəqibi 10 xəbərdarlıq aldığı üçün ona qalib gələrək finala yüksəlib. Taekvondoçu finalda rus rəqibi Aleksey Denisenko ilə 10-10 bərabərə qaldığı matçı, "Qızıl vuruş" la qazanaraq Avropa çempionu olub.

Xəbər 868 dəfə oxundu.