Son gundə daha 2 medal
1-4 may tarixlərində Bakı şəhərində təşkil edilən Avropa çempionatı bu gün başa çatdı. Yarışın son günündə komandamız daha iki bürünc medal qazandı. Medala qədər İlkin Şahbazov (-74 kq) Georgios Roditis (GRE) və Julio Ferreiraya (POR) qalib gəlsə də, yarımfinalda Torann Maizeroiya (FRA) məğlub olaraq qitə çempionatının bürünc mükafatına layiq görülüb.

Qadın taekvondoçularımızdan isə Fəridə Əzizova (-67 kq) bürünc medalla kifayətlənib. İlk döyüşündə Evangelia Anastasiadou (GRE) üzərində bir qədər asan qələbə əldə edən Əzizova, Franka Aniclə (SLO) döyüşdə də rəqibə öz gücünü göstərib. Finalın bir addımlığında o, reytinqdə ilk pillədə qərarlaşan Haby Niareyə (FRA) uduzub.

Milli komandanın digər üzvləri Elvin Məmmədov (-68 kq) və Hülya Oveyoğulları (-53 kq) yarışı erkən başa vurublar.

Beləliklə, ustalardan ibarət milli komandamız 45 ölkədən 400-dək taekvondoçunun qatıldığı çempionatı, 1 qızıl və 4 medalla başa vurdu.

Kişilər –68 kq

1.Servet Tazegul (TUR)

2.Alexey Denisenko (RUS)

3.Vladislav Arventii (MDA)

3.Ruebyn Richards (GBR)



Kişilər –74

1.Albert Guan (RUS)

2.Torann Maizeroi (FRA)

3.İlkin Şahbazov (AZE)

3.Andrew Deer (GBR)



Qadınlar –53 kq

1.Ana Zaninovic (CRO)

2.Kim Ekaterina (RUS)

3.Suvi Mikkonen (FIN)

3.Floriane Liborio (FRA)



Qadınlar –67 kq

1.Anastasia Baryshnikova (RUS)

2.Haby Niare (FRA)

3.Farida Azizova

3. Nur Tatar (TUR)

Qeyd edək ki, kişilərdən ibarət millimiz komanda hesabında ikinci yeri tutub. Radik İsayev isə, yarışın “ən yaxşı taekvondoçusu” seçilib.

Xəbər 871 dəfə oxundu.