Respublika Velotrekində təmir-bərpa işləri
Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ən yaxşı idman qurğularından biri olub. 1980-ci il Moskva Olimpiadası öncəsi, o vaxtlar Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən arena 20 hektar ərazini əhatə edir.

Idman qurğusunun tikintisinə nəzarət etmiş texniki elmlər doktoru, professor Fəqan Əliyevin sözlərinə görə, keşmiş SSRİ-də bu tipli cəmi 2 idman qurgusu olub ki, bunlardan biri Latviyada, digəri isə Bakıda tikilib.

Baxımsızlıq ucbatından uzun illər istifadəsiz qalmış idman qurgusu hazırda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən əsaslı təmir edilir. Burada yeni tribuna, federasiyanın ofisi və idmançıların qalması üçün otel inşa edilib. Eyni zamanda hovuz, trenajor zalı və digər yardımçı obyektlərin də tikintisi davam etdirilir.

Respublika Velotrekində təmir işlərinin bu ilin sonunadək başa çatması planlaşdırılır.

Xəbər 728 dəfə oxundu.