4 nəfərə 4 qızıl medal


Azərbaycanın pouerliftinq üzrə yığma komandası WPF versiyası üzrə dünya çempionatında iştirak edib. Komandamız 4 nəfərə 4 qızıl medal qazanıb. ABŞ-ın Florida ştatında keçirilən yarışda Sadiq Heydərov (100 kq), Bəxtiyar Quliyev (110 kq), Raif Süleymanov (125 kq) və Vüqar Namazov (+140 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 2748 dəfə oxundu.