"Olimpik" Qəbələyə gəlməyəcək
III Qəbələ Kuboku Beynəlxalq Futbol Turnirinin iştirakçı siyahısında dəyişiklik baş verib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Fransa təmsilçisi "Olimpik" Marsel turnirdə yer ala bilməyəcək. Bəzi texniki səbəblərdən "Olimpik"in Azərbaycana gəlişi baş tutmayacaq. Yaxın günlərdə fransızları əvəzləyəcək komandanın adına aydınlıq gələcək.

Xəbər 853 dəfə oxundu.