Avropa çempionatının ilk günündə 2 medal təmin edildi
Finlandiyanın Tampere şəhərində böyüklərin 49-cu Avtropa çempionatının ilk yarış günü idmançılarımız üçün uğurlu başa çatdı. Fərdi kumite yarışlarına çıxan 9 karateçimizdən Niyazi Əliyevlə (-67 kq) Şahin Atamaov (+84 kq) finala vəsiqə qazanmaqla gümüş medalı təmin etdilər. Ayxan Mamayevlə (-84 kq) Nuranə Əliyeva (-50 kq) isə bürünc medal uğurunda döyüşə qatılmaq imkanı qazandı.

Mükafatlar uğrunda yarışlar 3 may tarixində keçiriləcək. 2 may tarixində isə komanda kumite çempionatı olacaq. Mİlli komandamızın ilk rəqibi İsveç - Latviya komandalarından ən güclüsü olacaq. İlk dəfə komanda kumite yarışına qatılan qadınlardan ibarət milli komandamızın birinci sınağı isə Makedoniyalı idmançılarla olacaq.

Xəbər 861 dəfə oxundu.