Milli komandamız hazırlıqlarını davam etdirir
Avropa Çempionatının I seçmə mərhələsinə hazırlıqlarını davam etdirən voleybol üzrə kişilərdən ibarət milli yığma komandamız yarış öncəsi bir neçə yoldaşlıq görüşü keçirəcək. Artıq paytaxtımızda qonaq olan Ukrayınanın Lvov şəhərinin “Barkom - Kajan” klubu ilə millimiz 3 yoldaşlıq görüşü keçirəcək. Voleybol mərkəzində baş tutacaq qarşılaşmalar 01, 02, 03 may tarixlərində və 15:00-da start götürəcək.

Qeyd edək ki, yığmamız may ayının 09, 10, 11-də Makedoniyada keçiriləcək I seçmə mərhələdə iştirak edəcək. Qrup birinci olan komanda birbaşa finala vəsiqə qazanacaq, qrup ikinci olan milli isə ikinci mərhələdə öz gücünü sınayacaqdır.

9 may

18:30. Gürcüstan - İsveçrə
21:00. Makedoniya - Azərbaycan


10 may

18:30. İsveçrə - Azərbaycan
21:00. Gürcüstan - Makedoniya


11 may

18:30. Azərbaycan - Gürcüstan
21:00. İsveçrə - Makedoniya

Xəbər 912 dəfə oxundu.