"Shamkir chess 2014" beynəlxalq şahmat turniri başa çat
Şəmkirdə keçirilən Azərbaycanın görkəmli şahmatçısı beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Artıq çempionluq şansını itirən şahmatçılarımzdan Teymur Rəcəbov son turda Hikaru Nakamura ilə qarşılaşıb. Həmyerlimiz ilk “üçlük”də yer almaq üçün qalib gəlməli olsa da, rəqibi ilə heç-heçə edib. Sonuncu olacağı dəqiqləşən Şəhriyar Məmmədyarov Sergey Karyakini sınağa çəkib.Bu oyunda da tərəflər löhvəni hərəyə yarım xalla tərk ediblər. Turnirin çempionu isə Maqnus Karlsenlə Fabiano Karuananın duelində dəqiqləşib. Dünya şahmat tacının qalibi olan Karlsen əsas rəqibinə qalib gəlib. Beləliklə, Maqnus Karlsen 10 turdan 6.5 xal toplayaraq yarışın qalibi adını qazanıb. Fabiano Karuana 5.5 xalla ikinci,Hikaru Nakamura,Teymur Rəcəbov və Sergey Karyakin 5 xalla 3-5-ci yerləri bölüşdürüblər. Şəhriyar Məmmədyarov isə 3 xalla 6-cı yeri tutub.

Xəbər 1173 dəfə oxundu.