“Tour de Bretagne”da 5-ci mərhələ
Fransada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşü sona yaxınlaşır. 22 komandanın mübarizə apardığı yarışın 5-ci mərhələsində iştirakçılar 170 km məsafə qət ediblər.

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəyə Daniel Klemme imza atıb – o, finişi mərhələ qalibi ilə eyni vaxtda – 3 saat, 52 dəqiqə, 40 saniyəyə keçib və fotofinişə əsasən 17-ci olub.
5 mərhələdən sonra ümumi təsnifatda ən yaxşı nəticə Markus Eybegerə məxsusdur – 4-cü mərhələnin qalibi hazırda liderə 44 saniyə uduzmaqla 8-cidir. Bu gün keçirilən 6-cı mərhələdə iştirakçılar 155,2 km məsafə qət edəcəklər.

Xəbər 797 dəfə oxundu.