Falkao dünya çempionatında oynayacaq
Kolumbiya millisinin və "Monako"nun futbolçusu Radamel Falkaonun bu il Braziliyada baş tutacaq dünya çempionatında iştirakı dəqiqləşib.

Hücumçu klubun rəsmi saytına açıqlamasında zədəsini sağaltdığını deyib:

"Hazırda özümü çox yaxşı hiss edirəm. Əvvəlki formama qayıtmaq üçün çalışıram. Ümid edirəm ki, dünya çempionatına qədər yaxşı formada olacam".

Qeyd edək ki, Kolumbiya yığması "DÇ-2014"də ilk oyununu iyunun 14-də Yunanıstan millisinə qarşı keçirəcək.

Xəbər 808 dəfə oxundu.