«Bakı Alovları» İstanbulda da qələbə qazandı

İstanbulun Əhməd Cömərd İdman salonunda Ümümdünya Boks Seriyasının (WSB) 2-ci turunun matçında Türkiyənin «İstanbul Bosphorus» və Azərbaycanın «Baku Fires» komandaları qarşılaşıblar. 5 döyüşün nəticəsində qələbəni paytaxt klubumuz qazanıb – 3:2. Hazırda «Bakı Alovları» qrupda şəriksiz liderdir.
Istanbul Bosphorus - Baku Fires
54 kq. Murat Temur (Türkiyə) – Qairbəy Qermaxanov (Azərbaycan) – 4-cü raundda Qermaxanov texniki nokautla qalib gəlib
61 kq. Bunyamin Aydın (Türkiyə) – Semyon Qrivaçyov (Azərbaycan) – 46:49, 46:49, 46:49
73 kq. Caba Xositaşvili (Gürcüstan) – Məhəmməd Nurudzinov (Belarus) – 48:47, 49:46, 49:46
85 kq. Sardor Beqaliyev (Özbəkistan) – Azamat Murtuzəliyev (Azərbaycan) – 46:49, 47:48, 46:49
+91 kq. Viktor Zuyev (Belarus) – Hacı Murtuzəliyev (Azərbaycan) – 50:45, 50:45, 50:45

Noyabrın 19-da «V» qrupunda daha 2 matç baş tutacaq: «Wuxi Dragons» (Çin) – «Leipzig Leopards» (Almaniya), «Mexico City Guerreros» (Meksika) – «Paris United» (Fransa) komandaları üz-üzə gələcəklər.

Xəbər 1775 dəfə oxundu.