“İnter”dən ayrılan məşqçi mövsümün başa çatmasını gözləyir
Mövsümün gedişində “İnter” klubunun əvəzedici heyətinin məşqçisi postundan istefa verən Zaur İsmayılovun işsiz günləri davam edir. Bu barədə Futbol11.az saytına İsmayılovun özü məlumat verib. İsmayılov bildirib ki, hazırda konkret olaraq, hər hansı bir işlə məşğul olmur:“Hazırda hər hansı bir işlə məşğul deyiləm. “İnter”dən ayrıldıqdan sonra işsiz qalmışam. Mövsümün başa çatmasını gözləyirəm. İnşallah, fasilədə bir işə başlayacağıq”.

Qeyd edək ki, Zaur İsmayılovu “İnter”də Elşad Quliyev əvəzləyib.

Xəbər 976 dəfə oxundu.