Beyl: "Bavariya" istədiyimiz kimi oynadı"
"Fantastik hesabla qələbə qazandıq. Bu oyuna çox hazırlaşmışdıq. "Bavariya" istədiyimiz kimi oynadı. Əks-hücumlar etmək üçün rəqib bizə yaxşı fürsət verdi. Bütün komanda yoldaşlarım yaxşı oyun nümayiş etdirdi. Finala yüksəldiyimizə görə xoşbəxtik. Hədəfimizə çatmağa bir addım qalıb. Rəqibimiz kimliyindən asılı olmayaraq bizi çətin oyun gözləyir".

Bu sözləri "Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Uelsli yarımmüdafiəçi Madrid klubuna məhz kuboklar qazanmaq üçün transfer olunduğunu bildirib.

Xəbər 944 dəfə oxundu.