Nəsimi rayonunda “Coca-Cola Məktəbli Kuboku” na yekun vurulub
Aprelin 25-də Nəsimi rayonu 35 saylı orta məktəbdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Coca-Cola məktəbli kuboku”nun rayon mərhələsinə yekun vurulub.

Rayon orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən yarışın əsas məqsədi uşaqlar arasında futbolun təbliği və kütləviliyinin artırılması, onları pis vərdişlərdən uzaqlaşdırmaq və uşaq futbolçuların ustalığının yüksəldilməsi olub.

Yarışda 26 komanda tərkbində 312 nəfər şagird iştirak edib.
Yekun nəticələrə görə birinci yerə 111, ikinciyə 35 layiq görülüb.

Xəbər 1351 dəfə oxundu.