Kunq-fu sandaçılar dünya çempionatında 5 medal qazanıblar
ABŞ-ın Florida ştatının Orlando şəhərində kunq-fu sando üzrə dünya çempionatı keçirilib.
Yarışda 54 ölkədən 600 idmançı mübarizə aparıb.
Kişilərin mübarizəsində 60 kiloqram çəki dərəcəsində yarışan Ramil Allahverdiyev 12-ci dəfə dünya çempionu adını qazanıb. Samit Bəşirov (95 kq) qızıl, Kamil Qocayev (80 kq) gümüş, Rövşən Həşimov (75 kq) isə bürünc medal qazanıblar.
Gənclərin yarışında isə Hüseyn Əliyev (45 kq) ikinci olub.

Xəbər 2680 dəfə oxundu.