Səlcuk İnan "Qalatasaray"dan ayrılır
Mövsümün sonunda "Qalatasaray"dan ayrılacağı gözlənilən Səlcuk İnan İspaniyadan təklif alıb.

"Valensiya" klubu türkiyəli futbolçunun xidmətində maraqlıdır.

"Valensiya" klubunun nümayəndələrinin Səlcukun transferi ilə bağlı yaxın günlərdə Türkiyəyə gedəcəyi gözlənilir. İspaniya klubu 29 yaşlı futbolçunun transferi üçün "Cim Bom"a 7 milyon avroya təklif etməyi planlaşdırır. "Qalatasaray"ın rəhbərliyi də Səlcuku komandada saxlamaq niyyətindədir. Bu baxımdan danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Səlcuk İnan 2011-ci ildə "Trabzonspor"dan "Qalatasaray"a transfer olunub.

Xəbər 790 dəfə oxundu.