Azərbaycan kubokunun finalında nominal ev sahibi müəyyənləşdi
Mayın 22-də keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib.

Peşəkar Futbol Liqasında “Neftçi” və “Qəbələ” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən, “Qəbələ” klubu Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq.

Azərbaycan kubokunun final oyunu

22 may 2014-cü il (cümə axşamı)

“Qəbələ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər 860 dəfə oxundu.