Bu həftə "Mançester Yunayted"ə baş məşqçi təyin oluna bilər | |
Hollandiya millisinin çalışdırıcısı Lui van Qal bu həftə "Mançester Yunayted"in baş məşqçisi təyin oluna bilər. Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb. Hollandiyalı mütəxəssislə müqavilənin müddətinin 3 ildən artıq olmayacağı gözlənilir. Van Qalın köməkçilərinin Patrik Klüvert və komandanın oyunçu-məşqçisi Rayan Giggsin olacağı bildirilir. Qeyd edək ki, 62 yaşlı mütəxəssis "Mançester Yunayted"in baş məşqçi postunda bir müddət öncə istefaya göndərilmiş Devid Moyesi əvəzləyəcək. |
|
Xəbər 819 dəfə oxundu. |
|
|