İquain dünya çempionatında oynamaya bilər
Argentina millisinin və "Napoli"nin futbolçusu Qonzalo İquain bu il baş tutacaq dünya çempionatında iştirak etməyə bilər.

Hücumçu "İnter"lə matçın (0:0) 86-ci dəqiqəsində zədələnib. Ayağa qalxa bilməyən futbolçunu həkimlər xərəklə meydanın kənarına gətiriblər.

İquanın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək. İtaliya mətbuatı isə yazıb ki, futbolçunun "DÇ-2014"də oynamamaq ehtimalı var.

Xəbər 799 dəfə oxundu.