Əmirəliyev Akif Əsgərəli oğlu
Əmirəliyev Akif Əsgərəli oğlu 05 fevral 1938-ci ildə Abşeron rayonunda anadan olub.
1957-ci ildən əmək fəaliyyətinə başlayıb. 1971-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Bədən tərbiyəsi və idmanın təbliğində, inkişaf etdirilməsində böyük xidmətləri olub. 1997-ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb. 40 ildən çoxdur idman sahəsində çalışır. Abşeron rayon «Məhsul» İC-nin sədri vəzifəsində işləyir.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1277 dəfə oxundu.