Yeniyetmələrimiz Tehrandan 1 gümüş və 5 bürünc medalla qayıdıb
İran İslam Respublikasının Tehran şəhərində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçirilib. Turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 gümüş və 5 bürünc medala sahib olub.

Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında Tehrana yollanan 10 güləşçimizdən 6-sı fəxri kürsüdə yer tapıb. Finala qədər maneəsiz irəliləyən Zülfüqar Əliyev (42 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Rəsul Əsgərov (46 kq), İsmayıl Həsənli (50 kq), İqbal Əliyev (76 kq), Xoçbar Xalayev (85 kq) və Kənan Rüstəmov (100 kq) qazandırıb.

Komanda hesabında güləşçilərimiz turniri İran yığmasından sonra ikinci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Xəbər 848 dəfə oxundu.