Rüfət Hüseynov və Məsud Yusifzadə bürünc medalla kifayətləndi
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində yarımfinal döyüşlərinə start verilib. İlk olaraq 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Ancaq həmyerlimiz özbəkistanlı Süleymon Latipova məğlub olub – 0:3. Beləliklə, Hüseynov dünya birinciliyinin bürünc medalı ilə kifayətlənib.

52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Böyük Britaniya təmsilçisi Məhəmməd Əliyə uduzaraq, vürünc medalla kifayətlənib. Beləliklə, komandamız dünya birinciliyində 2 bürünc medala sahib olub.

Xatırladaq ki, buna qədər 49 kq çəki dərəcəsində yarışan Rüfət Hüseynov da 3-cü yerə layiq görülmüşdü.

Xəbər 1494 dəfə oxundu.