Neft, qaz və kimya sənayesi işçilərinin açıq yarışna yekun vurulub
Aprel ayının 24-ü "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi ilə səmti müəyyən etmə idman növü üzrə neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatlar arasında açıq yarış keçirilmişdir. Yarışı giriş sözü ilə açan Neftçi İdman Klubu İB-nin Kütləvi bədən tərbiyəsi üzrə idman şöbəsinin meneceri Akif Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulatıb. Çıxışdan sonra AR Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən elektron qeydolunma sisteminin tətbiqi ilə ilk dəfə olaraq keçirilən yarışa start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə “Velopark”ərazisində keçirilən açıq yarışda Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və digər güc strukturları, eləcə də universitetlərin, idman klublarının də qatıldığı yarışda 70-ə yaxın idmançı iştirak edib. Gərgin keçən yarışda kişilər arasında Şənlik Fətəliyev (Daxili Qoşunlar) 3.2 km məsafəf 16 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini qabaqlayıb finiş xəttinə birinci çatıbr. Qalibdən təxminən bir dəqiqə geri qalan Vladislav Tuzov (Alp klub) ikinci, Süleyman Əliyev isə üçüncü yeri tutub. Qadınların yarışında isə Elina Çerpokova (BSU Litsey) verilmiş 2.1 km məsafə üzrə 12 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Tatyana Qəniyeva (Alp klub) ikinci, Yuliya Karabut (Ukrayna) isə üçüncü olub.

Neftçinin daxili komanda yarışında isə Maddi Texniki Təchizat İdarəsinin komandası 96 xal ilə bütün rəqiblərini geridə qoyaraq birinci terə çıxıb. Qalibdən 6 xal geri qalan Mədən Geofizika komandası ikinci, H.Əliyev adına Bakı Neft Emalı Zavodu isə üçüncü olub.

Xəbər 2771 dəfə oxundu.