Astarada boks üzrə zona birinciliyi keçirilib
21-25 aprel tarixlərdə Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin illik təqvim planına əsasən Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi Astara Boks Mərkəzi ilə birgə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi” nə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında Astara Boks mərkəzində boks üzrə Respublika zona birinciliyi keçirilib.

Yarışda Astara, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Sumqayıt, Cəlilabad, Şirvan şəhər və rayonlarından 9 komandadan 70 idmançı, 15 məşqçi və 18 hakim, cəmi 103 nəfər iştirak edib.

Yarış Beynəlxalq Boks Federasiyası tərəfindən təsdiq olunmuş qaydalara əsasən 2000-2001- ci il təvəlüdlü məktəblilər arasında 18 çəki dərəcəsi ( 30, 32, 34, 35.5, 37, 38.5, 40, 41.5, 43, 44, 5, 46, 48, 50, 52, 54, 56, 59, 62 kq) üzrə keçirilib.

Şəxsi birinciliklərdə Murad Məmmədov (30 kq, Neftçala), Zaur Qəhrəmanov (32 kq, Astara), Nihat Fərzəliyev (34 kq, Salyan), Balabəy Manafov (35,5 kq, Neftçala), Ağa Məmişov ( 37 kq, Hacıqabul), Ruslan Əliyev (38,5 kq, Astara), Anar Musayev ( 40 kq, Neftçala), Sadiq Salmanzadə (41,5 kq, Lənkəran), Kamil Kərimzadə (43 kq, Astara), Zeynal Yaqubov ( 44,5 kq,Astara), Səmral Cavadzadə ( 48 kq,Biləsuvar), Nurlan Səfərov ( 50 kq, Salyan), Ağahüseyn Mirağayev (52 kq, Sumaqayıt), Vüqar Vahidov ( 56 kq, Hacıqabul), İsmayıl Yaqubov (59 kq, Astara), Sadiq Əliyev ( 62 kq, Cəlilabad) öz çəki dərəcələrində qalib olublar.

Komanda hesabında birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Astara, Neftçala və Hacıqabul rayon komandaları layiq görülüblər.

Astaralı idmançılarından 5 nəfər birinci yerə, 4 nəfər ikinciyə və 8 nəfər üçüncüyə layiq görülüblər. Ümumi Astara idmançıları 17 fəxri yerləri qazanıblar.

Yekunda qaliblər Respublika Bədən Tərbiyəsi mərkəzinin diplom, medal və hədiyyələrinə layiq görülüblər.

Xəbər 5562 dəfə oxundu.