“Coca-Cola məktəbli kuboku” futbol turniri keçirilib
19 mart 18 aprel tarixlərində Binəqədi rayon Gənclər və İdman İdarəsi nin dəstəyi ilə rayonun məktəblərinin 9-cu sinif çagirdləri arasında “Coca-Cola məktəbli kuboku” futbol turniri keçirilib.

Olimpiya ehtiyatları Uşaq Gənclər futbol məktəbinin stadionunda, 24 komanda tərkibində 384 nəfər məktəblinin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi olub.

Sonda birinci yerə 244, ikinciyə 3, üçüncüyə 157 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

Xəbər 1639 dəfə oxundu.