"Araz"ın təzyiqi nəticəsində oynamaq çətin idi"
"Barselona"nın baş məşqçisi Mark Kamona futzal üzrə UEFA kubokunun 1/2 finalında "Araz"a qalib gəldikləri qarşılaşmanı (4:4, pen: 4:2) şərh edib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, "Araz"ın aqressiv oyun nümayiş etdirdiyi üçün matçda qollarının sayının çox olduğunu deyib:

“Araz” aqressiv oynayırdı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu səbəbdən qolların sayı çox oldu. Digər qol epizodlarını qiymətləndirə bilmədiyimizə görə təəssüflənirəm. Çünki rəqibin təzyiqi nəticəsində oynamaq çətin idi”.

Xəbər 885 dəfə oxundu.