Hünər meydanında sərbəst güləş üzrə gənclərin yarışı keçirildi

Noyabrın 17-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında güləş üzrə “Hünər meydanı” Respublika seçim turnirinin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov Azərbaycanda güləş məktəbinin ənənələrindən söz açmışlar.
Natiqlər son dövrlərdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışını qeyd etmiş və bu işdə dövlətin idmana qayğısını xüsusi vurğulamışlar. Onlar ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürlərini bildirmişlər.
Bildirmişlər ki, güləşçilərimiz 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 7 lisenziyanı təmin etmişlər. Hazırda bir qrup gənc güləşçi əsas milli komanda ilə hazırlıq prosesində iştirak edir. Olimpiya oyunlarından əlavə, gələn bu turnirin qaliblərini Avropa, dünya çempionatları və dünya kuboku yarışları kimi mötəbər turnirlər gözləyir.
Yarışın nəticələrinə əsasən, gənclərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə seçmə komandaların heyəti müəyyənləşəcəkdir. Qalib və mükafatçılar seçmə komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

İlk gün sərbəst güləş üzrə 8 çəki dərəcəsində 131 idmançı qüvvəsini sınamışdır. Bəzi çəki dərəcələrində yarışlar açıq şəkildə keçirilmiş və Rusiya güləşçiləri də iştirak etmişdir. Nəticələr aşağıdakı kimidir:

50 kq
1. Mircəlal Həsənzadə - 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
2. Ruslan Qasımov – 7 saylı nümayənəlik, Gəncə
3. Nurlan Hüseynov - 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
3. İxtiyar Quliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM

55 kq
1. Qalib Əliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM
2. Pərviz İbrahimov – 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
3. Loğman Ağayev – 4 saylı nümayəndəlik, Astara
3. Fuad Nəsirli – 1 saylı nümayəndəlik, Zenit İC

60 kq
1. Kənan Quliyev – 2 saylı nümayəndəlik, Sumqayıt, Neftçi İSM
2. Ağabəy Ramazanzadə - 1 saylı nümayəndəlik, Təhsil İC
3. Əhmədnəbi Qvarzatilov – 1 saylı nümayəndəlik, Atasport
3. Ruhlan Məmmədov – 7 saylı nümayəndəlik, Gəncə

66 kq
1. Elçin Məmmədov – 7 saylı nümayəndəlik, Şəmkir
2. Bəxtiyar İsrafilli – 1 saylı nümayəndəlik, Gömrükçü İC
3. Gündüz İmaməliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Qatınmaqomed Hacıyev – 1 saylı nümayəndəlik, Atasport

74 kq
1. Elcan Usubzadə - 7 saylı nümayəndəlik, Qazax
2. Yaqubəli Şıxcamalov – Rusiya
3. Kamran Yunusov – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Ruslan Həsənov – Rusiya

84 kq
1. Məhəmmədhacı Xatiyev – Rusiya
2. Orxan Şərifov - 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
3. Rəhman Hüseynov – 7 saylı nümayəndəlik, Qazax
3. Mircəfər Murtuzlu – 1 saylı nümayəndəlik, Neftçi İSM

96 kq
1. Baday Məhəmmədov – Rusiya
2. Zəlimxan Cəbrahimov – Rusiya
3. Məlikağa Məlikli – 4 saylı nümayəndəlik, Masallı
3. Məhəmmədhacı Nurov – Rusiya

120 kq
1. Əli Məhəmməddabirov – 1 saylı nümayəndəlik, Atasport
2. Toğrul Cavadlı – 1 saylı nümayəndəlik, Gömrükçü İC
3. Hakim Mehdiyev – 7 saylı nümayəndəlik, Gəncə


Xəbər 1313 dəfə oxundu.