Mario Mandzukiç "Bavariya"da qalacaq
"Bavariya" klubunun hücumçusu Mario Mandzukiç yeni mövsümdə də komandada qalacaq.

Bu barədə klubun idman direktoru Karl Haynz Rummeniqe "Bild" qəzetinə açıqlamasında deyib.

"Çoxdandır Mandzukiçlə söhbətim olmayıb. Ancaq dəqiq deyə bilərəm ki, xorvatiyalı futbolçu "Bavariya"da qalacaq. Onun komandasıyla 2016-cı ilə qədər müqaviləsi var. Yəni Levandovski gələcək və Mandzukiç qalacaq".

Qeyd edək ki, 27 yaşlı futbolçunun mövsümün sonunda "Yuventus"a transfer olunacağı gözlənilir.

Xəbər 864 dəfə oxundu.