Azərbaycan kubokunun finalçıları bəlli olur
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Baş tutacaq iki oyunla finalçılar bəlli olacaq.

İlk qarşılaşma paytaxtda oynanılacaq. "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edəcək. "Neftçi"nin meydanında qeydə alınan 1:1 hesabı "Rəvan"ı üstünlüyü sayılsa da, komandaların şansları bərabər qiymətləndirilir.

Digər görüş isə Lənkəranda baş tutacaq. Burada yerli Xəzər Lənkəran" "Qəbələ"ni sınağa çəkəcək. "Qəbələ" ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün finala vəsiqəni böyük ölçüdə həll etmiş sayılır.

24 aprel (cümə axşamı)

Azərbaycan kuboku, yarımfinalın cavab oyunları

17:00. "Rəvan" - "Neftçi" (İlk oyun - 1:1)
"Bayıl Arena" stadionu

19:00. "Xəzər Lənkəran" - "Qəbələ" (İlk oyun - 0:3)
"Xəzər Lənkəran" mərkəzi stadionu

Xəbər 824 dəfə oxundu.