Benitez "Liverpul"un futbolçusunu istəyir
"Liverpul" klubunun müdafiəçisi Daniel Agger mövsümün sonunda komandasını dəyişə bilər.

29 yaşlı futbolçu "Napoli"nin maraq dairəsinə düşüb.

Neapol təmsilçisinin baş məşqçisi Rafael Benitez sabiq futbolçusunu yeni mövsümdən komandasında görmək istəyir. Danimarkalı futbolçunun da İtaliya A Seriyasında oynamaq istədiyi bildirilir. Lakin yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcək "Liverpul"un Aggeri satmayacağı gözlənilir.

Qeyd edək ki, Agger və Benitez 2006-2010-cu illərdə "Liverpul"da birgə çalışıblar.

Xəbər 810 dəfə oxundu.