Kasilyas tarixi rekorda yaxınlaşdı
"Real"ın futbolçusu İker Kasilyas adını yenidən klubun tarixinə yazdırıb.

Madrid klubunun dünən Çempionlar Liqasında "Bavariya"nı məğlub etməsi ilə ispan qolkiper "Real"la 427-ci qələbəsini qazanıb. Bununla da təcrübəli qapıçı Raul Qonzalesin rekorduna şərik çıxıb.

Kasilyasın iştirakı ilə "Real" bir görüşdə də qalib gələcəyi təqdirdə, o, Madrid təmsilçisi ilə ən çox qələbə qazanan futbolçu olacaq.

Xəbər 857 dəfə oxundu.