Lam: "Real"ın oyunu bizi təəccübləndirmədi" | |
"Bavariya"nın futbolçusu Filipp Lam Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a məğlub (0:1) olduqları ilk oyundan sonra fikirlərini bildirib. O, Madrid klubunun əsasən müdafiədə oynamasına təəccüblənmədiyini deyib: "Şanssız tərəf biz olduq. Hücumlar etsək də, qol vurmağı bacarmadıq. Qələbə qazanmağı çox istəyirdik. 90 dəqiqə ərzində bunun üçün çalışdıq. "Real"ın oyunu bizi təəccübləndirmədi. Əks-hücumlarla qol vurmağa çalışacaqlarını bildirik. Qələbə qazanmaq bu gün qismətimizdə deyildi". F.Lam qeyd edib ki,cavab qarşılaşmasında növbəti mərhələyə yüksəlmək üçün əllərindən gələni edəcəklər. |
|
Xəbər 774 dəfə oxundu. |
|
|