“Qəbələ” türkiyəli mütəxəssisə tapşırıldı

“Qəbələ” Futbol Klubunun məşqçisi Fateh Kavlak bu gündən etibarən komandanın baş məşqçisi vəzifəsini icra edəcək. Gari Stivens isə əvvəlki – yardımçı məşqçi postunda qalıb. Bu barədə qərar klubun bu gün keçirilən iclasında qəbul olunub. İclasın təfərrüatları barədə idman.com.az saytına məlumat verən klubun baş meneceri Zaur Əzizov yeni baş məşqçi axtarışında olmadıqlarını vurğulayıb:” Öncə komandanın məşqçi heyəti, daha sonra isə futbolçularla toplantı keçirdik. Qərara gəldik ki, Fateh Kavlak bu gündən baş məşqçi vəzifəsini yerinə yetirsin. Fatih Kavlak komandaya yaxından bələddir və onun qarşıdakı oyunlarda uğur qazanacağına inanırıq. Hazırda yeni baş məşqçi axtarışında deyilik”.

Xəbər 1073 dəfə oxundu.