Avropa Liqasında yarımfinal həyəcanı
Bu gecə Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Görüşlər eyni vaxtda - saat 00:05-də balayacaq.

Daha çox prinsipiallığı ilə seçilən oyun "Benfika" və "Yuventus" komandaları arasında olacaq. Görüş Portuqaliyada baş tutacaq.

Digər oyunda isə iki İspan komandası - "Sevilya" və "Valensiya" üz-üzə gələcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 1-də keçiriləcək.

24 aprel

Avropa Liqası, yarımfinalın ilk oyunları

00:05. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)

00:05. "Sevilya" (İspaniya) - "Valensiya" (İspaniya)

Xəbər 817 dəfə oxundu.