Yanuzay özünə milli komanda seçdi
Mançester Yunaytedin futbolçusu Adnan Yanuzay milli komanda ilə bağlı seçimini edib. Uzun müddət idi ki, bu futbolçunu bir sıra federasiya öz tərəfinə çəkməyə çalışırdı. Hətta Yanuzayla Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim şəxsən görüşmüşdü. Bütün müzakirələr artıq geridə qalıb. Yanuzay özünə milli komandanı seçib. Mançester Yunayetdin gənc ulduzu Belçika yığmasında oynamağa qərar verib.

Xəbər 1461 dəfə oxundu.