Qvardioladan bir ilk
Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"la ilk oyununda məğlub olan (0:1) "Bavariya"nın baş məşqçisi Pep Qvardiola karyerasında bir ilkə imza atıb.

İspaniyalı mütəxəssis ilk dəfə "Santyaqo Bernabeo"da məğlubiyyətə üzülüb. O, "Barselona"nı çalışdırarkən "Real"ın meydanında keçirdiyi 6 qarşılaşmanın heç birində yenilməyib.

Bundan əlavə "Real"a qarşı 16-cı oyununa çıxan Qvardiola 3-cü məğlubiyyətini almış oldu.

Xəbər 824 dəfə oxundu.