Sumqayıt şəhərinin növbəti açıq birinciliyi keçirilib
Azyaşlılar arasında Sumqayıt şəhərinin 14-cü açıq birinciliyi keçirilib. Azərbaycan Milli Karate Federasiyası (AMKF), Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi, həmçinin AMKF-in Sumqayıt şəhər şöbəsinin birgə təşkil etdiyi ənənəvi yarışda 10-dək şəhər və rayondan 300-ə yaxın gənc karateçilər iştirak edib. Yarışı beynəlxalq dərəcəli hakimlər Vüqar Kərimov və Nərgiz Mehdiyeva ilə birgə milli dərəcəli hakimlər idarə ediblər.

Sumqayıt Paralimpiya İdman Kompleksində yarışın açılış mərasimində AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəsi, əməkdar məşqçi Akif Kərimov Azərbaycan idmançılarının uğurlarından danışıb, federasiya rəhbərliyinin salam və təbriklərini iştirakçılara çatdırıb. Bədii hissənin ardından yarışlar davam etdirilib.

Xəbər 1247 dəfə oxundu.