Azərbaycan idmançıları son 3 ayda irimiqyaslı turnirlərdə 104 medal qazanıblar
2013-cü ildə Azərbaycanda gənclərlə bağlı 192 tədbir həyata keçirilib. Onlardan 38-i beynəlxalq, 154-ü isə yerli olub.

Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 23-də keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, cari ilin ilk 3 ayı ərzində ölkəmizdə 51 respublika, 41 beynəlxalq turnir keçirilmiş, yığma komandalarımız 33 təlim-məşq toplanışında iştirak ediblər. Son 3 ayda dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında idmançılarımız 25 qızıl, 31 gümüş, 48 bürünc medal qazanıblar.

Azərbaycan idmançıları son 3 ayda irimiqyaslı turnirlərdə 104 medala sahib olublar.

AzərTAc

Xəbər 761 dəfə oxundu.