Qaret Beylin Bavariya ilə oyuna çıxa bilməyəcək
Bu gün keçiriləcək Real- Bavariya oyununda Madrid Realı Qaret Beylin xidmətlərindən yararlana bilməyəcək. Bu barədə İspaniya mətbuatı məlumat verib. Dünən keçirilən mətbuat konfransında Ançelotti Uelsli ulduzun zökəm olduğu, lakin artıq sağalaraq oyunda meydana çıxa biləcəyini söyləmişdi. Ancaq bu gün müxbirlər komanda mehmanxanaya gedərkən futbolçular arasında Qaret Beyli görməyiblər. Məlumata görə futbolçu xəstəlikdən sağalmayıb və evdə müalicəsini davam etdirir.

Xəbər 889 dəfə oxundu.