Ağcabədidə şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar
Ağcabədi şəhərindəki şahmat məktəbində uşaq və yeniyetmələr arasında şahmat üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş rayon birinciliyi keçirilmişdir.

İki qrup üzrə keçirilən yarışda birinci yerə oğlanlar arasında Anar Muxtarzadə, qızlar arasında isə Nigar Babayeva layiq görülmüşlər.
Rayon birinciliyinin qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

Xəbər 783 dəfə oxundu.