lV Beynəlxalq Rumi Uşaq Idman Oyunlarında 3-cü nəticə göstərdik
Yeniyetmələrdən ibarət seçmə komandamızın üzvləri Türkiyənin Konya şəhərində IV Beynəlxalq Rumi Uşaq Idman Oyunlarından 6 medalla dönürlər. Komandanın böyük məşqçisi, əməkdar məşqi Anar Allahverdiyevin rəhbərliyi ilə yarışda iştirak edən idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.

Perspektivli karateçilərimizdən Murad Hacızadə (+70 kq) və Roman Heydərov (kata) bu nüfuzlu yarışın qalibi olublar. Kənan Ağalarzadə (-57 kq) gümüş medal qazanıb. Qasım İsgəndərov (-52 kq), Fidan Teymurova (-47 kq) və Şölə Həsənova (-54 kq) isə bürünc mükafatlara layiq olublar. Bu nəticə ilə Azərbaycan idmançıları komanda hesabında 3-cü yeri tutublar.

Hakimlər Cavid Rəfiyev və Namiq Pirverdiyev də qardaş ölkədəki yarışda iştirak ediblər. Ümumiyyətlə uşaqlar arasında bu mötəbər yarışa 31 ölkədən 1014 azyaşlı idmançı qatılıb. Onlar 13 idman növündə mübarizə aparırlar. IV Beynəlxalq Rumi Uşaq Idman Oyunları aprelin 24-də başa çatacaq.

Xəbər 1128 dəfə oxundu.