VII “Qızıl kəmər” milli mükafatının təqdimetmə mərasimi keçirilib
Moskvanın Dövlət Kreml Sarayında döyüş növləri üzrə VII “Qızıl kəmər” milli mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirə müxtəlif ölkələrdən görkəmli idman və ictimai xadimlər dəvət ediliblər. Hər il olduğu kimi, Professional Döyüş Növləri Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fəxri qonaq kimi təntənəli mərasimdə iştirak edib.

Mükafatları təqdim etməzdən əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putinin tədbir iştirakçılarına və laureatlara təbriki oxunub və rusiyalı döyüş ustalarının təqdimatında nümunəvi çıxışlar göstərilib.

Rusiya Döyüş Növləri İttifaqının 2006-cı ildən təşkil etdiyi ənənəvi tədbirdə ilboyu fərqlənən idmançılar, məşqçilər və mütəxəssislər bir sıra nominasiyalarda mükafatlara layiq görülüblər. Laureatların adları mükafatlandırılmaya qədər gizli saxlanılıb.

AzərTAc

Xəbər 1136 dəfə oxundu.