Camal Rəhimov Dünya kubokunda əsas finala vəsiqə qazanıb
Atçılığın konkur növü üzrə milli komandanın kapitanı Camal Rəhimov Fransanın Lion şəhərində keçirilən Dünya Kubokunun əsas finalının ilk mərhələsində uğurla çıxış edərək, sonuncu final mərhələsinə vəsiqə qazanıb. Bununla da idmançımız yarışda mübarizə aparacaq son 20 çapardan biri olub. İlk dəfə Dünya Kubokunun Final yarışlarında iştrak edən Camal Rəhimov atçılıq tariximizdə daha bir yeniliyi ilə seçilib. Təmsilçimiz Final mərhələsinə Qafqaz Liqası çərçivəsində keçirilən təsnifat mərhələlərindən yüksəlib.


Xəbər 1191 dəfə oxundu.